OKEAN ÇÖKƏKLİYİ

okean dibi relyefinin ən iri elementi və tektonik strukturu. Materik yamacı, sualtı silsilələr, tirələr və yüksəkliklərlə əhatələnən geniş çökəklik. O.ç. bir-birilə dərin keçidlərlə birləşə bilər.Okean dibində yerləşən bu çökəkliklərin orta dərinliyi 5 min metrə çatır. океанская котловина oceanic basin
OKEAN ADALARI
OKEAN ÇUXURU
OBASTAN VİKİ
Okean çökəkliyi
Okean çökəkliyi (rus. океанская котловина; ing. oceanic basin) — okean dibi relyefinin ən iri elementi və tektonik strukturu, materik yamacı, sualtı silsilələr, tirələr və yüksəkliklərlə əhatələnən geniş çökəklik. Okean çökəkliyi bir-birilə dərin keçidlərlə birləşə bilər. Okean dibində yerləşən bu çökəkliklərin orta dərinliyi 5 min metrə çatır.
Okean
Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus), köhnə mənbələrdə Mühit — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır.
Aleut çökəkliyi
Aleut çökəkliyi — Sakit okeannın şimalında yerləşən çökəklik. Çökəklik Alyaska yarımadası sahillərindən başlayaraq Kamçatka sahillərinə qədər uzanır. Çökəklik 3400 km məsafədə uzanır və maksimal dərinliyi 7679 metrdir. Litosfer tavalarının sərhəddində yerləşir. Çökəklik Sakit okean plitəsi Şimali Amerika plitəsinin altına keçdiyi ərazidə formalaşmışdır. Çökəkliyin qərbində yerləşən Komandor adalarında cənub istiqamətində Kuril-Kamçatka çökəkliyi başlayır.
Amundsen çökəkliyi
Amundsen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Lomonosov silsiləsi arasında yerləşən okean çökəklliyi. Çökəkliyin uzunluğu 2000 km, eni 200—400 km, dərinliyi isə 4485 metrdir. Çöküntülərin qalınlığı təxminən 2000 metrə bərabərdir. Çökəkliyin dibi dəmir–manqan gilli lildən ibarətdir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Roald Amundsenin adından almışdır.
Göl çökəkliyi
Göl çökəkliyi — yer səthində gölün suyu yerləşən çökəklik. Gölün suyunun maksimal səviyyəsində gölün su ilə örtülən hissəsinə gölün yatağı (navalçası) və ya gölün kasası deyilir. G.c.endogen və ekzogen proseslərin, eləcə də insanın təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlir. Bənd tipli çökəkliklər su anbarının tikilməsi sayəsində də yaranır.
Kermadek çökəkliyi
Kermadek çökəkliyi — Sakit okeanın cənub-qərb hissəsində 10 047 m dərinliyində yerləşən dünyanın ən dərinsulu çökəkliklərindən biri. Sakit okean plitəsi Hind-Avstraliya plitəsinin altına subduksiya etməsi nəticəsində yaranıb. Kermadek adalarının şərq dağətəyində meridional istiqamətdə yerləşir. Uzunluğu 1200 km. Kermadek 1889-cu ildə "Penguin" ("Pinqvin") adlı Britaniya gəmi ekspedisiyası tərəfindən tapılıb. Onun dərinliyini 1958-ci ildə Sovet elmi-tədqiqat gəmisi "Vityaz" ölçüb. Çökəklik Yuon de Kermadekin şərəfinə adlandırılıb.
Konqo çökəkliyi
Konqo çökəkliyi — Mərkəzi Afrikada 300–500 m hündürlükdə yerləşən və diametri təxminən 1000 km olan çökəklik. Afrika platformasının sinekliz zonasına aiddi. Konqo çayı onu drenaj edir. Bitki örtüyü rütubətli qalın həmişəyaşıl və yarpağıtökülən həmişəyaşıl tropik meşələrindən ibarətdir. == Coğrafiyası == Sahəsi təxminən 1 milyon kilometr təşkil edir; onun şimaldan cənuba və qərbdən şərqə ölçüsü təxminən 1 000 km. Əsas çayı Konqodu, çökəkıiyin ərazisində həmçinin çoxlu göl və bataqlıqlar var. == Geologiya == Strukturasına görə Konqo çökəkliyi Kembri dövründən əvvəl yaranan Afrika platformasının sinekliz zonasına aiddi. Platformanın kristallik bünövrəsinin yeraltı (500—1000 metrdən çox dərinliydə yerləşir) çıxıntısı sineklizi şimal və cənub çökəkliylərinə bölür, onların mərkəzi hissələrində bünövrə daha 3000 metr dərinliyinə endirilib. == Relyefi == Konqo çökəkliyi yarus quruluşu ilə səciyyələnir. Ən aşağı (300–400 m) və gənc (Holosen) yarus çoxsaylı çayların geniş, daha çox bataqlaşmış subasar vadilərini yaradır, həmən vadilər çökəkliyin mərkəzi hissəsində vahid yastı olan və vaxtaşırı batırılan allüvial düzənlik yaradırlar.
Loru çökəkliyi
Loru çökəyi və ya Loru düzü və ya Loru çölü və ya Loru yaylası — tarixi Loru mahalında, keçmiş Gürcüstan quberniyasının Borçalı distansiyasında, Tiflis quberniyasının Borçalı qəzasında, hazırkı Ermənistan Respublikasının şimalında, Loru mərzində (erm. Լոռու մարզ) düzənlik. Uzunluğu 50 km, eni isə 20–30 km-dir. Qaraağac, Ağzıböyük və Bozabdulla dağ silsilələrinin əhatəsində yerləşir.
Lənkəran çökəkliyi
Lənkəran çökəkliyi - Xəzər dənizinin cənubunda yerləşən çökəklik. Xəzər dənizinin «Cənubi Xəzər» adlanan hissəsində yerləşir. Çökəkliyin maksimal dərinliyi 1025 metrdir. Öz adını Azərbaycanın Lənkəran şəhərindən almışdır.
Marian çökəkliyi
Marian çökəkliyi — Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir. "Marian" adı yanında olan Marian adalarına görə adlanıb. Marian çökəyinin ən dərin nöqtəsi "Challenger Uçurumu"-dur (ing. Challenger Deep). O, çökəkliyinin cənub-qərb hissəsində yerləşir (koordinatlar: 11°22,40′ şm. e. 142°35,50′ ş. u.). 2011 ilin ölçmələrinə görə onun dərinliyi dəniz səviyyəsindən 10 994 ± 40 m aşağı təşkil edir. == Tədqiqatlar == Çökəklikdə ilk ölçülməni elə buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya üç dor korveti 1875-ci ildə etmişdir.
Mədək çökəkliyi
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Quba rayonunda Qaraçayın sağ sahilində "Madak" (Mədək) adlı dağlararası maili çökəklik vardır. Çökəkliyin mərkəzi hissəsində yerləşən qaya "Madak" (Mədək) qayası, çökəklikdə olan yarğan "Madak" (Mədək) yarğanı adlanır. Qədim Roma və Afina dövlətlərində kənardan gələnləri "gəlmə" və yaxud "metekler" adlandırırdılar. Vaxtı ilə "Madak" (Mədək) də balaca bir kənd olmuşdur. Kənd sakinlərinin ilkini Buduq kəndindən gələnlərdir. Böyük Vətən müharibəsindən sonra Madakın adamları qonşu Dalıqaya kəndinə köçüb gəlmişlər. Hazırda "Madak"-da (Mədəkdə) heç bir yaşayış binası yoxdur. "Madak"ın ikinci adı "Qəmçə"dir. "Qəmçə"-"Kəmcik" mənasındadır.
Nansen çökəkliyi
Nansen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Şpitsbergen-Şimaltorpağı materik yamacı arasında yerləşən okean çökəklliyi. Çökəkliyin orta dərinliyi 3430 m, maksimal dərinliyi isə 3975 metrdir. Çökəkliyin qərbində dərinliyi 5449 metr olan Litke sualtı dərəsi yerləşir. Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Frityof Nansenin adından almışdır.
Tonqo çökəkliyi
Tonqo çökəkliyi — Sakit okeanda yerləşən okean çökəkliyi. Çökəklik Tonqa silsiləsinin şərq sahillərində yerləşir. Burada Kermadek çökəkliyi ilə birləşir. Kermades Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 860 km məsafədə uzanır və eni 6000 metrlə 80 km arasında dəyişir. Maksimal dərinliyi 10 882 metrdir. Bu nöqtə dünya okeanının cənub yarımkürəsində ən dərin nöqtəsidir. 14 aprel 1970-ci ildə Apollon 13 kosmik gəmisi Radioizotopik termoelektrik generatorla yer kürəsinə qayıdarkən Sakit okeanının cənub hissəsindən atmosferə daxil olur. Fici adalarının cənubuna 6 min metr dərinliyə batır.
Tıva çökəkliyi
Tıva çökəkliyi — Rusiya Federasiyası, Tıva Respublikasında, Yeniseyin yuxarı hissəsindəki dağlar arası relyefin alçalması. Hövzə Qərbi Sayan, Şərqi Sayan, Altay və Tannu-Ola silsilələri ilə məhdudlaşır. Uzunluğu təxminən 400 km, eni 25 ilə 60-70 km. Hündürlüyü 600 ilə 900 m arasında dəyişir. Torpağın təpəli-düz təbiəti, kiçik təpələr və çöllər bölgə üçün xarakterikdir. Dərə Yuxarı Yenisey (Uluq-Xem) vadisindən kəsilir. Qərb və şərq hissələrə, müvafiq olaraq Kemçik və Uluq-Kem hövzələrinə bölünür. Yerlərdə qonşu silsilələrin dalanları boşluğa çıxır. Heyvandarlıq (əsasən ətlik və yunluq qoyunçuluq), taxıl bitkilərinin becərilməsi (buğda, arpa, darı) və kömür hasilatı inkişaf etmişdir. Zəngin daş kömür yatağı olan Uluq-Xem hövzəsi çökəklikdə yerləşir.
Vulkan çökəkliyi
Vulkan çökəkliyi (rus. вулканическая впадина, ing. basin of volcanic origin, caldera) — vulk. partlayışı (krater, maar) və ya uçması (kaldera) nəticəsində yaranmış, çökəklik.
Yapon çökəkliyi
Yapon çökəkliyi və ya Yapon novu — Sakit okeanda çokəklik, Honşu adasından şərqdədir. Uzunluğu təqribən 670 km, dərinliyi 8412 m-ə qədərdir. Yamacları dikdir (6 – 8°, bəzi yerlərdə daha çox). Dibi akkumulyativ düzənlikdir (eni 20 – 30 km).
Yava çökəkliyi
Yava çökəkliyi və ya Zond çökəkliyi — Hind okeanının şərq hissəsində çokəklik. Myanma sahillərindən (təqribən 13° şimal enliyi) başlayaraq Andaman, Nikobar və Böyük Zond adalarının sualtı yamacları boyunca uzanır. Uzunluğu təqribən 2900 km, maksimum dərinliyi 7130 m (digər məlumatlara görə 7209 m və 7450 m), eni 35 km-ə qədərdir. Dib çöküntüləri terrigen lillər və vulkanogen materiallarıdır. ASE, V cild, Bakı, 1981, səh.
Okean (mifologiya)
Okean (yun. Ὠκεανός) — yunan mifologiyasında titan, çaylara, bulaqlara, dəniz cərəyanlarına başlanğıc, günəşə, aya və ulduzlara daldanacaq verən çaylar tanrısı, Uran və Geyanın oğlu, Tefidanın həm qardaşı həm də əri. Mifik Peqas onun sularından doğulmuşdur. Esxilə görə Qanadlı atın sahibi. Urana qarşı üsyanda və Titanomaxiyada iştirak etmədiyinə görə hakimiyyətini qoruyub saxlaya bilmişdir.. Apollodora görə o, Zevsin arvadı Metidanın atasıdır. Xoşməramlığı və mülayimliyi ilə seçilən Okean Prometey və Zevsi barışdırmağa cəhd göstərmişdir. Tənhalığına baxmayaraq tanrılar ona müdrik, xeyirhaq bir ata kimi hörmət edərmişlər. Okeanın qərb sahili həyatla ölüm, yerin altı və üstü arasında bir sərhəd təşkil edərmiş. Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Okean Elzi
Okean Elzı (ukr. Океан Ельзи) - Ukrayna rok-qrupu. 1994-cü ildə Ukraynanın Lvov şəhərində qrupun hal-hazırkı vokalisti Svyatoslav Vakarçuk tərəfindən təsis edilib.
Okean Elzı
Okean Elzı (ukr. Океан Ельзи) - Ukrayna rok-qrupu. 1994-cü ildə Ukraynanın Lvov şəhərində qrupun hal-hazırkı vokalisti Svyatoslav Vakarçuk tərəfindən təsis edilib.
Okean Küləyi
Okean Küləyi (sanskr. सागर पवन) Hindistan Hərbi Donanmasının aerobatika eskadronudur. 2003-cü ildə qurulmuşdur. Qoa ştatında bazalaşıb. Uçuşlar üçün HAL HJT-16 Kiran təyyarələr istifadə olunur. Mavi Mələklərdən sonra, hər hansı ölkənin Hərbi Dəniz Donammasının sahib olduğu aerobatika komandasıdır.
Okean adaları
Okean adaları (rus. океанскue острова, ing. oceanic islands) — cəhətdən materiklərlə əlaqəsi olmayan, okean yatağından qalxan adalar. Mənşəyinə görə vulkanik və mərcan adalarına ayrılır.
Okean biologiyası
Okean biologiyası-biologiya elminin bir sahəsi olub, okeanda yaşayan canlı varlıqların ümumi xüsusiyyətlərini öyrənir.Hidrobiologiyadan fərqli olaraq okean biologiyası elmi sadəcə okeanda yaşamağa uyğunlaşmış canlıları öyrənir.Məsələn,göy balina (kütləsi 150 tona çatır),okean suitiləri və s. kimi canlılar bu elmin tədqiqat obyektləridir.Qeyd edək ki,okeanda həyat çox böyükdür və okean biologiyası həmin canlıların morfologiyasını,anatomiyas-ını,fiziologiyasını,ekologiyasını və s.öyrənir. Моисеев П. А. Биологические ресурсы Мирового океана. — М., 1969.
Okean cəbhəsi
Okean dibi
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. Laxar brekçiyaları Nohur Xionosfer Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.